Avropa dövlətləri İranın nüvə proqramı ilə bağlı əməkdaşlıq etməsi üçün son dəfə müddət tanıyıb.
Redaksiya xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Bildirilir ki, Avropa ölkələri İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazır olması halında bu müddətin uzadıla biləcəyini bildirib.
Əgər Tehran tərəfi əməkdaşlıqdan imtina edərsə, “tetik mexanizmi” adlanan prosedur işə salınacaq və BMT Təhlükəsizlik Şurasının daha əvvəl dayandırılmış sanksiyaları yenidən tətbiq olunacaq.
İran artıq Almaniya, Fransa və Böyük Britaniyanın tələbi ilə yeni danışıqlar raundunu qəbul edib. Növbəti görüş cümə günü İstanbulda keçiriləcək. Görüşdə əsas mövzu İranın nüvə proqramının gələcəyi və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi olacaq.
Sevinc Kərimova
