Avropa Komissiyası müəllif hüquqlarının qorunması məqsədilə “Counterfeit and Piracy Watch List” adlı yeni sənədini ictimaiyyətə təqdim edib. Siyahıda internet üzərindən qeyri-qanuni şəkildə film, musiqi, proqram təminatı və digər məzmunların yayımını təşkil edən platformalar yer alır.
Redaksiya xəbər verir ki, sənədə əsasən, pirat kontentə ev sahibliyi edən və onun yayılmasını təşkil edən yüzlərlə saytdan nümunə olaraq aşağıdakılar göstərilib:
Pirat fayl hostinqi və məzmun saxlama saytları:
- Mega.nz
- Rapidgator
- Dbree.org
- Doodstream
- Z-Library
Axın platformalarından video və audio yükləməyə imkan verən vasitələr:
- YTMP3
- Y2mate
- yt1s, 9convert
- X2mate
- Savefrom.net
- ssyoutube
Pirat kontent kataloqu və yayım saytları (filmlər, seriallar, anime və s.):
- The Pirate Bay
- 1337x
- LibGen
- Rezka
- Fmovies
- Seasonvar
- Rlsbb
- Dytt8, Dytt89, Dy2018, Dydytt, Ygdy8
- Hianime
- Cuevana
- nsw2u
- fitgirl-repacks
- PirloTV
Qeyri-qanuni oyun paylaşımı və cheat proqramları yayan saytlar:
- se7ensins
- unknowncheats
- playerauctions
- G2G
Avropa Komissiyası bu siyahını yayımlamaqla, istifadəçiləri qeyri-qanuni məzmunlardan uzaq durmağa çağırır və internet mühitində müəllif hüquqlarına hörmətin vacibliyini vurğulayır. Sənəd həmçinin hüquq-mühafizə orqanlarına və texnologiya şirkətlərinə də tövsiyələr verir.
Fərid Əlizadə
