Şahbaz Şərifin Putini 40 dəqiqə gözlədikdən sonra verdiyi qərar hər kəsi təəccübləndirdi

Şahbaz Şərifin Putini 40 dəqiqə gözlədikdən sonra verdiyi qərar hər kəsi təəccübləndirdi

Sevinc Kərimova · Siyasət ·

Aşqabadda keçirilən görüş zamanı Pakistanın baş naziri Şahbaz Şərifin gözlədilməsi və sonrakı davranışları diqqət çəkib. Onun Rusiya prezidenti Vladimir Putinin onu təxminən qırx dəqiqə gözlətməsindən narazı qaldığı bildirilir.

Redaksiya xəbər verir ki, Şahbaz Şərif bu səbəbdən prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında davam edən görüşə iclasın ortasında daxil olub. Hadisə görüşün protokol qaydaları və diplomatik zəriflik baxımından müzakirələrə səbəb olub.

Məlumata görə, Şərif otağa daxil olduqdan sonra hər iki liderlə təxminən beş dəqiqə görüşərək zalı tərk edib. Onun qısa iştirakı Aşqabad görüşünün gedişatına təsir etməsə də, diplomatik dairələrdə hadisənin səbəbləri və mümkün nəticələri barədə fikir mübadiləsi davam edir.