Argentina Prezidenti Xavyer Milei ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edib. Görüşün əsas mövzularının iqtisadi əməkdaşlıq və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi olacağı bildirilir.
Redaksiya xəbər verir ki, tərəflər ABŞ tərəfindən Argentinaya təqdim olunacaq 20 milyard dollarlıq yardım paketi və bəzi tariflərin aradan qaldırılması məsələlərini müzakirə edəcək.
Görüş çərçivəsində həmçinin enerji, kənd təsərrüfatı və müdafiə sahələrində yeni strateji tərəfdaşlıqların yaradılması planlaşdırılır.
