Argentina prezidenti jurnalistin mikrofonla ona qəsdən zərbə vurduğunu tənqid edir – VİDEO

Argentina prezidenti jurnalistin mikrofonla ona qəsdən zərbə vurduğunu tənqid edir – VİDEO

Sevinc Kərimova · Siyasət ·

Argentinada prezident Xavyer Miley ilə jurnalist arasında fiziki təmasa səbəb olan insident ölkə mediasında və ictimaiyyətdə geniş rezonans doğurub. Hadisə Buenos-Ayresdə, prezidentin səsvermə məntəqəsindən çıxarkən qeydə alınıb.

Redaksiya “La Nación”a istinadən xəbər verir ki, səsvermədən sonra maşına doğru irəliləyən Xavyer Miley izdiham arasında hərəkət edərkən bir jurnalistin mikrofonu onun burnuna dəyib. Hadisədən dərhal sonra prezident dayanaraq jurnalistə tərəf dönüb və “Sən məni qəsdən vurdun” deyə sərt şəkildə irad bildirib. Videoda jurnalistin cavabı da eşidilir: “Xeyr, xeyr.

Kadrlar göstərir ki, Miley zərbədən sonra açıq şəkildə əsəbiləşir. Məlumatlara görə, mikrofon “C5N” telekanalına məxsus olub – bu kanal Mileyə müxalif mövqeyi ilə tanınır.

Qeyd edək ki, Prezident Miley Argentina mediası ilə gərgin münasibətləri ilə tanınır. O, tez-tez yerli jurnalistləri tənqid edir, rəsmi mətbuat konfransları keçirmir və yalnız seçilmiş, ya da tanıdığı xarici jurnalistlərlə müsahibə verir.

Hadisə ilə bağlı rəsmi şikayət qeydə alınmayıb.

Sevinc Kərimova