“Saudi Aramco”nun baş direktoru Amin Nasir dünyada enerji təchizatı ilə bağlı tarixi böhran yaşandığını bildirib.
Redaksiya məlumat verir ki, Nasirin sözlərinə görə, bu, dünyanın indiyədək üzləşdiyi ən böyük enerji təchizatı şokudur.
O qeyd edib ki, son iki ay ərzində qlobal bazar təxminən 1 milyard barel neft tədarükü itirib.
Nasirin sözlərinə görə, bazarlar hazırda həftəlik təxminən 100 milyon barel neft itkisi ilə üzləşir.
“Saudi Aramco” rəhbəri bildirib ki, hətta daşınma marşrutları dərhal açılsa belə, bazarın yenidən tarazlaşması aylar çəkəcək.
Əgər fasilələr iyunun ortalarınadək davam edərsə, tam normallaşma prosesi 2027-ci ilə qədər uzana bilər.
