Apple şirkəti iPhone 17 Pro modelini təqdim edərək “Dual Capture” funksiyasını istifadəyə verdi. Bu funksiya eyni vaxtda həm ön, həm də arxa kamera ilə video çəkməyə imkan yaradır. Şirkətdən verilən açıqlamada bildirilib ki, bu texnologiyanı incə və zərif korpusa yerləşdirmək olduqca çətin olub.
Redaksiya xəbər verir ki, Apple ilk dəfə iPhone Air modelini də təqdim edib. Cəmi 5,6 millimetr qalınlığında olan bu telefon dörd rəngdə satışa çıxarılacaq. Yeni modeldə ProMotion ekran, Ceramic Shield qoruyucu şüşə, titandan hazırlanmış çərçivə və A19 Pro prosessoru istifadə olunub.
iPhone 17 seriyası beş rəngdə təqdim edilib, ekranı böyüdülüb və texniki imkanları təkmilləşdirilib. Bundan başqa, Apple ağıllı saatlarına da yeni funksiya əlavə edib – artıq saatlar istifadəçilərin qan təzyiqini ölçərək hipertoniyanı izləyə biləcək.
Şirkətin təqdimatından sonra Apple-ın səhmlərində eniş qeydə alınıb. Yeni modellərin xaricdə satış qiymətləri isə belədir:
- iPhone 17 – 799 ABŞ dolları,
- iPhone 17 Air – 999 ABŞ dolları,
- iPhone 17 Pro – 1099 ABŞ dolları,
- iPhone 17 Pro Max – 1199 ABŞ dolları.
