Anthropic SpaceX-ə ayda 1,25 milyard dollar ödəyəcək

Anthropic SpaceX-ə ayda 1,25 milyard dollar ödəyəcək

Fərid Əlizadə · Media ·

Claude AI modelinin yaradıcısı Anthropic-in Elon Maskın SpaceX şirkətinə ayda 1,25 milyard dollar ödəyəcəyi iddia olunur.

Redaksiya xəbər verir ki, yayılan məlumata görə, razılaşma 2029-cu ilin mayına qədər qüvvədə olacaq.

İddialara əsasən, müqavilə süni intellekt infrastrukturu, hesablama gücü, peyk rabitəsi və yüksək performanslı texnologiya əməkdaşlığını əhatə edə bilər.

Bu ölçüdə razılaşma təsdiqlənərsə, Sİ sənayesi tarixində ən böyük korporativ texnologiya müqavilələrindən biri hesab oluna bilər.

Hazırda Anthropic və SpaceX tərəfindən müqavilənin detalları ilə bağlı rəsmi açıqlama verilməyib.