Anthropic özünü 2 trilyon dollar qiymətləndirir

Anthropic özünü 2 trilyon dollar qiymətləndirir

Fərid Əlizadə · Media ·

Süni intellekt şirkəti Anthropic-un ilkin kütləvi səhm təklifinə hazırlıq çərçivəsində hazırlanan S-1 prospektinin detalları üzə çıxıb. Sənədə əsasən, şirkət 2025-ci ildə 4,6 milyard dollar gəlir əldə edib, əməliyyat xərcləri 13 milyard dollar, əməliyyat zərəri isə 8 milyard dollardan çox olub. Xalis zərər 42 milyard dollar təşkil edib. Bu barədə Fortune məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Anthropic-un 2025-ci ilin sonuna nağd pul və nağd ekvivalentləri 20,28 milyard dollar olub. Fortune-un məlumatına görə, şirkətin 2026-cı ilin ikinci rübündə gəliri 11,5 milyard dollara çatıb. Bu göstərici birinci rübdə 4,73 milyard dollar idi.

Sənəddə Anthropic-un bulud xidmətləri və məlumat mərkəzləri üçün 518 milyard dollar həcmində xərclər planlaşdırdığı da göstərilir. Eyni zamanda şirkətin əməliyyat səviyyəsində ardıcıl ikinci rüb mənfəət göstərməyə hazırlaşdığı bildirilir.

Prospektdə biznes risklərinə də geniş yer ayrılıb. Anthropic-un baş direktoru Dario Amodei sənədin üçdə birindən çox hissəsində şirkətin üzləşə biləcəyi riskləri təsvir edib. Buraya qabaqcıl süni intellekt modellərinin manipulyasiya, şantaj və digər gözlənilməz davranışlar nümayiş etdirməsi ehtimalı da daxildir.

Şirkətin gəlirlərinin təxminən dörddə birinin cəmi iki müştəridən gəlməsi də əsas risklərdən biri kimi göstərilir. Anthropic-un IPO zamanı təxminən 2 trilyon dollarlıq qiymətləndirməni hədəflədiyi bildirilir.