Albaniyanın Baş naziri Edi Rama Avropa İttifaqının daha geniş coğrafiyanı əhatə etməsinin tərəfdarı olduğunu bildirib. O, Kanada və Meksikanın da gələcəkdə Aİ ilə daha sıx inteqrasiya imkanlarını alqışladığını deyib. Rama fikirlərini Brüsseldə keçirilən Euronews Travel & Tourism Summit 2026 tədbirində səsləndirib. Bu barədə Euronews məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Rama “daha kiçik deyil, daha böyük Avropa” istədiyini bildirib. O, Kanada və Meksikanın Aİ-yə qoşulmasını alqışlayacağını, hətta ABŞ Prezidenti Donald Trampın da belə bir istəyi olacağı halda bunun müsbət qarşılanmalı olduğunu deyib.
Açıqlama Avropa İttifaqında gələcək genişlənmə və yeni tərəfdaşlıq modellərinin müzakirə edildiyi dövrə təsadüf edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu yaxınlarda Kanada ilə münasibətlərin mövcud ticarət razılaşmalarından daha geniş səviyyəyə qaldırılmasını və ölkənin Aİ-nin ilk assosiativ üzvünə çevrilməsi imkanını gündəmə gətirib.
Hazırda Kanada, Meksika və ABŞ üçün Aİ-yə tam üzvlüklə bağlı rəsmi proses mövcud deyil. R amanın açıqlaması siyasi çağırış xarakteri daşıyır və Avropanın gələcəkdə daha geniş tərəfdaşlıq formatlarına açıq olması barədə mövqeyini ifadə edir.
