Beynəlxalq haker qrupu Anonymous genişmiqyaslı kibermüharibənin davam etdiyini iddia edərək qarşı tərəfin insan olmaya biləcəyi barədə xəbərdarlıq edib.
Redaksiya xəbər verir ki, Anonymous açıqlamasında kiberməkanda baş verən qarşıdurmanın miqyasına diqqət çəkib və mümkün təhlükənin xarakteri ilə bağlı qeyri-müəyyənliyə işarə edib.
“Biz genişmiqyaslı kibermüharibənin ortasındayıq və düşmənimiz hətta insan olmaya bilər”, – deyə haker qrupunun açıqlamasında bildirilib.
Anonymous bəyanatında konkret ölkə, təşkilat və ya texnoloji sistemi hədəf kimi göstərməyib.
Qrupun hansı kiberhadisələrə istinad etdiyi və açıqlamada insan olmayan düşmən ifadəsi ilə nəyin nəzərdə tutulduğu barədə əlavə məlumat verilməyib.
