Almaniyada bankda girov - polis müdaxilə edir

Almaniyada bankda girov - polis müdaxilə edir

Könül Məmmədova · Media ·

Almaniyanın qərbində yerləşən Sinziq şəhərində bankda girov böhranı yaşanır.

Redaksiya istinadla xəbər verir ki, polis bankın içərisində bir neçə girov götürən şəxsin və girovun olduğunu açıqlayıb.

Məlumata görə, girovlar arasında inkassasiya avtomobilinin sürücüsü də var.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hazırda girovların vəziyyəti, silahlı şəxslərin tələbləri və əməliyyatın gedişi barədə əlavə məlumat verilmir.