Alman yüksək rütbəli siyasətçi fişinq hücumunun hədəfi oldu

Alman yüksək rütbəli siyasətçi fişinq hücumunun hədəfi oldu

Fərid Əlizadə · Media ·

Almaniya Bundestaqının prezidenti Yuliya Klöckner "Signal" mesajlaşma tətbiqi vasitəsilə fişinq tipli haker hücumuna məruz qalıb. Bu insident Avropalı siyasətçiləri hədəf alan daha geniş kampaniyanın bir hissəsi kimi qiymətləndirilir.

Redaksiya "Der Spiegel"-ə istinadla xəbər verir ki, hakerlər "Signal" dəstək xidməti kimi təqdim edərək istifadəçiləri PİN kodlarını açıqlamağa sövq ediblər. Bu metodla onlar şəxsi məlumatlara daxil olmağa cəhd ediblər.

Klöckner Xristian Demokrat İttifaqının üzvləri, o cümlədən kansler Fridrix Merz ilə qrup söhbətində idi. Lakin Merzin cihazının təhlükəyə məruz qalması barədə heç bir sübut yoxdur.