AfD: Müharibəyə qoşulmuruq, ABŞ qüvvələri Almaniyanı tərk etsin

AfD: Müharibəyə qoşulmuruq, ABŞ qüvvələri Almaniyanı tərk etsin

Könül Məmmədova · Media ·

Almaniyada AfD-nin həmsədri Tino Xrupalla bildirib ki, hərbi donanma ilə Hörmüz boğazını açmaq mümkün deyil və əsgərləri hədəfə çevirmək olmaz. O, bu müharibəyə qoşulmamaq barədə qərarın düzgün olduğunu qeyd edib.

Redaksiya xəbər verir ki, Xrupalla söyləyib ki, İspaniya bayrağı altında üzən gəmilər Hörmüz boğazından keçə bilər. O, bunun səbəbi kimi İspaniyanın İrana qarşı müharibə ilə bağlı bazalarını bağlamasını və münaqişəyə qoşulmamasını göstərib.

AfD-nin həmsədri həmçinin AfD proqramına uyğun olaraq ABŞ hərbi qüvvələrinin Almaniyadan çıxarılmasına başlanmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu addım planlı şəkildə həyata keçirilməlidir.