ABŞ Yaponiyaya 400 ədəd “Tomahawk” qanadlı raketinin tədarükünün iki il gecikə biləcəyi barədə xəbərdarlıq edib.
Redaksiya xəbər verir ki, gecikməyə səbəb ABŞ-ın İranla müharibə zamanı raket ehtiyatlarının ciddi şəkildə azalmasıdır.
Tokio bu raketləri 2028-ci ilə qədər almağı planlaşdırırdı. “Tomahawk”lar Yaponiyanın Çin qarşısında çəkindirmə strategiyasının əsas elementlərindən biri hesab olunur.
Lakin Pentaqon hazırda prioriteti öz raket ehtiyatlarının bərpasına verib. Bu səbəbdən Yaponiyaya planlaşdırılan tədarükün təxirə salınması gündəmə gəlib.
Yaponiya son illərdə Çin, Şimali Koreya və regiondakı təhlükəsizlik riskləri fonunda uzaqmənzilli zərbə imkanlarını artırmağa çalışır.
“Tomahawk” raketləri düşmənin hərbi obyektlərini uzaq məsafədən vurmaq üçün istifadə olunur və Tokio üçün strateji müdafiə modernizasiyasının mühüm hissəsi sayılır.
