Reuters agentliyinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Ceyk Vens telefon danışığı zamanı İsrail rəsmilərinə qarşı çıxaraq, Birləşmiş Ştatların İranla bağlı gərginlikdə birbaşa iştirak etməsinin doğru olmadığını bildirib.
Redaksiya xəbər verir ki, Vens bu fikrini ABŞ-ın maraqlarını qorumaq və bölgədə daha genişmiqyaslı hərbi qarşıdurmadan yayınmaq zərurəti ilə əsaslandırıb. “İran məsələsində ABŞ birbaşa tərəf olmamalıdır,” – deyə o vurğulayıb.
Bundan əlavə, ABŞ vitse-prezidenti CD Vens İsrailli rəsmilərlə keçirdiyi görüşdə İsrailin ABŞ-ı müharibəyə sürüklədiyini də açıq şəkildə imalı şəkildə ifadə edib. Bu bəyanat Vaşinqtonun regiondakı proseslərə münasibətində artan daxili narahatlığı və ehtiyatlı mövqeni əks etdirir.
Bu mövqe İsrailin bölgədə hərbi dəstək çağırışlarına ehtiyatla yanaşan Vaşinqton daxilindəki güclər arasındakı fikir ayrılığını da üzə çıxarır. Vensin açıqlaması administrasiya daxilində İran siyasətinin necə formalaşdırılacağı ilə bağlı ciddi müzakirələrin getdiyini göstərir.
Sevinc Kərimova
