ABŞ Ukrayna üzrə sülh danışıqlarını dayandırdı

ABŞ Ukrayna üzrə sülh danışıqlarını dayandırdı

Sevinc Kərimova · Media ·

ABŞ Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirakını dayandırdığını açıqlayıb.

Redaksiya xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışmağa hazır olan yeganə tərəf olduğunu bildirib.

Rubionun sözlərinə görə, ABŞ məhz buna görə danışıqlar prosesinə qoşulub, lakin aparılan təmaslar nəticə verməyib.

“Təəssüf ki, heç bir nəticə əldə olunmadı. Dinamika dəyişərsə, masaya qayıdacağıq. Əgər başqa biri bu işi üzərinə götürmək istəyirsə, buyursun”, — deyə Rubio bildirib.

Bu açıqlama Vaşinqtonun Ukrayna müharibəsində diplomatik vasitəçilik xəttini yenidən qiymətləndirdiyini göstərir.

Rubionun sözləri ABŞ-ın artıq danışıqlarda əsas yükü daşımaq istəmədiyi və prosesin başqa beynəlxalq oyunçulara ötürülə biləcəyi mesajı kimi qiymətləndirilir.