ABŞ Suriya-Türkiyə-İsrail gərginliyini azaltmağa çalışır

ABŞ Suriya-Türkiyə-İsrail gərginliyini azaltmağa çalışır

Nizami Salmanov · Media ·

ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi Suriya, Türkiyə və İsrail arasında gərginliyin azaldılması üçün xüsusi əlaqələndirmə mexanizminin yaradılacağını bildirib.

Redaksiya xəbər verir ki, Hakkabi məsələni ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla müzakirə etdiyini və hazırda mexanizmin hazırlanması üzərində iş aparıldığını deyib.

Onun sözlərinə görə, yeni mexanizm tərəflərin bir-biri ilə birbaşa əlaqə saxlamasına və qarşı tərəfin niyyətlərini daha aydın başa düşməsinə imkan verəcək.

Hakkabi heç bir tərəfin gərginliyin və zorakılığın artmasını istəmədiyini vurğulayıb. O, vəziyyətin deeskalasiyası üçün bütün mümkün səylərin göstərildiyini bildirib.