ABŞ Senatında Tramp administrasiyasına qarşı yeni sanksiya araşdırması başladıldı

ABŞ Senatında Tramp administrasiyasına qarşı yeni sanksiya araşdırması başladıldı

Sevinc Kərimova · Siyasət ·

ABŞ-da demokrat senatorlar prezident Donald Trampın administrasiyasına qarşı Rusiya hərbi-sənaye kompleksinə tətbiq olunmalı olan yeni sanksiyaların beş ay gecikdirilməsinə görə araşdırma başladıb.

Redaksiya xəbər verir ki, senatorlar Ağ Evi Konqresin tövsiyələrini qəsdən yerinə yetirməməkdə və bununla da Çinin və digər ölkələrin Rusiyanı dəstəkləməsinə şərait yaratmaqda ittiham edirlər.

Demokratlar Rusiya üzərində sanksiya təzyiqlərinin bərpasını və G7 ölkələri ilə birlikdə daha sərt addımlar atılmasını tələb edir. Onların fikrincə, Trampın bu cür gecikdirmələri Ukraynadakı münaqişənin daha da uzanmasına xidmət edir.

Sevinc Kərimova