ABŞ-ın “Rosneft” və “Lukoyl” kimi ən iri Rusiya neft ixracatçılarına qarşı tətbiq etdiyi sanksiyalar ölkənin valyuta gəlirlərini azalda və daxili bazarda dollar təklifini məhdudlaşdıra bilər.
Redaksiya xəbər verir ki, Rusiyanın RBK nəşrinə danışan ekspertlər bu vəziyyətin nəticələrini birmənalı şəkildə qiymətləndirmir. Bəzi iqtisadçılar hesab edir ki, ixrac həcmləri azalsa da, enerji qiymətlərinin yüksəlməsi səbəbindən ümumi gəlir sabit qala bilər. Digər mütəxəssislər isə əksinə, sanksiyaların qısamüddətli perspektivdə rublu gücləndirə biləcəyini düşünür.
Ekspertlərin fikrincə, ixracatçılar xarici valyutalarla əməliyyatlarda risk artdığı üçün ehtiyat tədbiri olaraq daha çox dollar satmağa məcbur ola bilərlər. Bunun nəticəsində Rusiya valyuta bazarında qısa müddətli sabitləşmə müşahidə oluna bilər. Lakin uzunmüddətli perspektivdə ixracın azalması və enerji bazarındakı qeyri-sabitlik iqtisadi riskləri artırmaqda davam edəcək.
