ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Şimali Amerika hava məkanına yaxınlaşan Rusiya hərbi təyyarələrinə qarşı havaya qalxıb.
Redaksiya xəbər verir ki, müdaxilə edilən Rusiya təyyarələrinin Su-35S qırıcıları və Tu-95MS strateji bombardmançıları olduğu açıqlanıb. Hadisə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) tərəfindən qeydə alınıb.
Açıqlamaya görə, Rusiya təyyarələri beynəlxalq hava məkanında uçuş həyata keçirsə də, onların regiona yaxınlaşması səbəbindən ABŞ qırıcıları təhlükəsizlik tədbiri olaraq havaya qalxıb və vizual müşahidə aparılıb.
Hadisə zamanı hər hansı bir insident qeydə alınmayıb. ABŞ hərbi qurumları bölgədə hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqi davam etdirir.
Sevinc Kərimova
