ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Petro ilə görüş planlaşdırır

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Petro ilə görüş planlaşdırır

Sona Osmanova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edərək Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə görüş keçirməyi planlaşdırdığını bildirib. O, görüşün fevral ayının ilk həftəsində baş tutacağını açıqlayıb.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qarşıdakı görüşün həm Kolumbiya, həm də ABŞ üçün müsbət nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb və tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini qeyd edib.

Açıqlamada Tramp xüsusilə kokain və digər narkotik vasitələrin ABŞ ərazisinə daxil olmasının tam şəkildə dayandırılmasının vacibliyini ön plana çəkib və bu məsələyə ciddi diqqət göstərilməsini tələb edib.