ABŞ Pakistanı düşmən ölkə qəbul edə bilər

ABŞ Pakistanı düşmən ölkə qəbul edə bilər

Sevinc Kərimova · Hərbi ·

ABŞ Dövlət Departamentindəki mənbələrin məlumatına görə, ABŞ kəşfiyyat orqanları Pakistanın qitələrarası ballistik raket (ICBM) hazırladığına inanır. Həmin raketlərin ABŞ-ın materik hissəsinə çatmaq qabiliyyətinə malik olduğu bildirilir.

Redaksiya Foreign Affairs-ə istinadla xəbər verir ki, kəşfiyyat rəsmiləri bu addımın məqsədinin, ehtimal ki, gələcək mümkün münaqişə zamanı Hindistanın tərəfində ABŞ-ın qabaqlayıcı hücum və ya birbaşa müdaxiləsini çəkindirmək olduğunu hesab edirlər.

ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, məqsədindən asılı olmayaraq, Pakistan bu cür silahları dövriyyəyə buraxarsa, rəsmi Vaşinqton onu artıq nüvə təhlükəsi olan düşmən dövlət kimi qəbul etməli olacaq.

Qeyd olunub ki, ABŞ-a qarşı ICBM silahına sahib olan heç bir ölkə dost və müttəfiq hesab edilmir. Hazırda məsələ ilə bağlı rəsmi İslamabaddan açıqlama yoxdur.

Sevinc Kərimova