ABŞ Müdafiə Nazirliyi ləğv edildi, Müharibə Nazirliyi təsis olundu

ABŞ Müdafiə Nazirliyi ləğv edildi, Müharibə Nazirliyi təsis olundu

Sevinc Kərimova · Hərbi ·

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı qərarnamə imzalayıb. Yeni qərara əsasən, qurumun adı bundan sonra Müharibə Nazirliyi olacaq.

Redaksiya xəbər verir ki, imzalanan qərarnamə ABŞ administrasiyasının təhlükəsizlik siyasətində yeni bir mərhələyə keçid kimi qiymətləndirilir. Tramp bu addımın ölkənin hərbi gücünü və qətiyyətini daha aydın ifadə etdiyini bəyan edib.

Yeni ad dəyişikliyi həm ABŞ Konqresində, həm də beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Analitiklərin bir qismi bu addımı simvolik jest kimi qiymətləndirir, digərləri isə Vaşinqtonun qlobal siyasətdə daha sərt kurs götürdüyünün göstəricisi hesab edirlər.