ABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqının Rusiya ilə bağlı sanksiya siyasətini qiymətləndirərkən, 19-cu paketə qədər davam edən bu prosesin effektli olmadığını bildirib.
Redaksiya xəbər verir ki, Bessent Avropa tərəfinin 19 dəfə sanksiya tətbiq etməsinə baxmayaraq məqsədinə nail ola bilmədiyini vurğulayıb və bunun sanksiya mexanizminin uğursuzluğunu göstərdiyini qeyd edib.
Məlumata görə, Avropa İttifaqı hazırda Rusiya əleyhinə 20-ci sanksiya paketinin hazırlanması üzərində işləyir və bu prosesin regiondakı siyasi münasibətlərə təsiri ilə bağlı müxtəlif qiymətləndirmələr səslənir.
