ABŞ Konqresi Türkiyənin F-35 alımını bloklamağa hazırlaşır

ABŞ Konqresi Türkiyənin F-35 alımını bloklamağa hazırlaşır

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin Fələstinə göstərdiyi siyasi dəstək Vaşinqtonda yeni qərara səbəb olub. ABŞ Konqresi Ankaranın F-35 qırıcı təyyarələrini əldə etməsini əngəlləməyə hazırlaşır.

Redaksiya Middle East Monitor-a istinadla xəbər verir ki, Konqresdə müzakirə olunan təşəbbüs, Türkiyənin İsrail-Fələstin münaqişəsində mövqeyi ilə əlaqələndirilir. Qanunvericilər Ankaranın mövcud siyasətinin ABŞ-ın strateji maraqlarına uyğun olmadığını əsas gətirirlər.

Məlumata görə, qərar qəbul ediləcəyi halda Türkiyənin uzun illərdir iştirak etdiyi F-35 proqramında vəziyyəti daha da mürəkkəbləşəcək. Bu, həm də NATO daxilində münasibətlərə təsir göstərə bilər.