ABŞ İranın hərbi imkanlarını tam sıradan çıxara bilmir

ABŞ İranın hərbi imkanlarını tam sıradan çıxara bilmir

Vüsal Şahbazov · Media ·

ABŞ rəsmilərinin İranın hərbi imkanlarını bərpa etməyə davam etdiyini və buna görə ölkəyə qarşı dövri zərbələrin uzun müddət lazım ola biləcəyini qəbul etdiyi bildirilir. Bu barədə Axios məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında radar, hava hücumundan müdafiə və gəmi əleyhinə raket imkanlarını yenidən qurması ilə bağlı narahatlığını bildirib.

Məlumata görə, son insidentlərdən birində İranın hava hücumundan müdafiə raketi gəmiləri qoruyan ABŞ F-35 qırıcısı istiqamətində buraxılıb. Raket təyyarəyə yaxınlaşmasa da, ABŞ tərəfi bunu İranın hərbi imkanlarını bərpa etməsinin əlaməti kimi qiymətləndirib.

CENTCOM-un müdafiə naziri Pit Heqsetə, general Den Keynə və Ağ Evə Hörmüz boğazından onlarla neft tankerinin nisbətən təhlükəsiz keçidini təmin etmək üçün vaxtaşırı yeni zərbələrin lazım ola biləcəyini bildirdiyi qeyd olunur.

Axios-un məlumatı ABŞ hərbi rəhbərliyində İranın imkanlarının birdəfəlik zərbələrlə tam aradan qaldırılmasının çətin olduğu və uzunmüddətli hərbi təzyiq tələb oluna biləcəyi qənaətinin formalaşdığını göstərir.