ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın nüvə proqramı üzrə danışıqlara qayıtmağa hazır olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Rubio bunun üçün Tehranın Hörmüz boğazını yenidən açmalı olduğunu deyib.
Onun sözlərinə görə, İran strateji dəniz keçidində sərbəst hərəkəti bərpa edərsə, ABŞ diplomatik prosesi davam etdirməyə hazır olacaq.
Hörmüz boğazı dünya enerji ticarətinin ən kritik marşrutlarından biridir və qlobal neft daşımalarının böyük hissəsi bu keçiddən keçir.
Vaşinqton İranın boğaz üzərində nəzarəti sərtləşdirməsini və gəmilər üçün məhdudiyyətlər tətbiq etməsini beynəlxalq ticarət və enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.
Rubionun açıqlaması ABŞ-İran danışıqlarının qeyri-müəyyən vəziyyətə düşdüyü və tərəflər arasında hərbi gərginliyin yenidən artdığı dövrə təsadüf edir.
