ABŞ-İran gərginliyi kritik mərhələyə çatdı, Trampdan "önəmli açıqlama" gözlənilir

ABŞ-İran gərginliyi kritik mərhələyə çatdı, Trampdan "önəmli açıqlama" gözlənilir

Sevinc Kərimova · Siyasət ·

ABŞ və İran arasında gərginlik sürətlə artır. ABŞ senatoru Lindsi Qraham bildirib ki, prezident Donald Tramp İranın yaratdığı təhlükəyə "nöqtəni qoymaq üzrədir". Kan News-un məlumatına görə, yaxın dəqiqələrdə ABŞ tərəfindən İrana qarşı birbaşa hərbi müdaxilə ehtimalı yüksəlib.

Redaksiya xəbər verir ki, İran Dövlət Televiziyası isə bu gecə dünyanın "əsrlərlə unuda bilməyəcəyi" bir sürpriz yaşanacağını bəyan edib. Bu açıqlama, regional münaqişənin daha da alovlana biləcəyi ehtimalını artırıb.

NBC telekanalının məlumatına görə, prezident Tramp hazırda İrana qarşı bir sıra hərbi variantları nəzərdən keçirir. Ağ Evdə keçirilən xüsusi iclasdan sonra Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff, Baş Qərargah rəisi Den Keyn və digər hərbi rəhbərlər binanı tərk ediblər. CNN, Trampın bir neçə dəqiqəyə "önəmli müraciət"lə çıxış edəcəyini bildirib.