ABŞ dövlət katibi Marko Rubio İran generalı Qasım Süleymaninin qohumu Həmidə Süleymani Əfşar və onun qızının ABŞ-dakı hüquqi statuslarının ləğv edildiyini açıqlayıb. Onların ölkədən çıxarılması prosesi başladılıb.
Redaksiya xəbər verir ki, Həmidə Süleymani Əfşar və onun qızı ABŞ-da "yaşıl kart" sahibləri kimi yaşayırdılar. Əfşar İran generalı Qasım Süleymaninin bacısı qızıdır və onun rejimini açıq şəkildə dəstəkləyirdi.
Bu həftə ABŞ rəsmiləri Əfşar və onun qızının hüquqi statuslarını ləğv edib. Hazırda onlar nəzarət altındadır və deportasiya olunmaq üzrədirlər. ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, ABŞ anti-Amerika rejimlərini dəstəkləyən əcnəbilərin ölkədə yaşamasına icazə verməyəcək. Bu, ölkənin müəyyən edilmiş siyasətidir.
