ABŞ İran əməliyyatına 95,3 milyard dollardan çox xərcləyib

ABŞ İran əməliyyatına 95,3 milyard dollardan çox xərcləyib

Yulduz Səlimov · Media ·

ABŞ-ın İrandakı hərbi əməliyyatlara artıq 95,3 milyard dollardan çox vəsait xərclədiyi bildirilir.

Redaksiya xəbər verir ki, bu barədə Iran War Cost Tracker portalının hesablamalarında qeyd olunub.

Portalın metodologiyasına görə, hesablamalar Pentaqonun Konqresə təqdim etdiyi ilkin xərclər, gündəlik əməliyyat xərcləri, sursat sərfiyyatı və davam edən hərbi aktivlik əsasında aparılır.

Sayt ABŞ-ın ilk günlərdə milyardlarla dollar xərclədiyini, sonrakı mərhələdə isə əməliyyatların gündəlik maliyyətinin yüksək olaraq qaldığını bildirir.

Rəsmi Pentaqon rəqəmləri isə müstəqil hesablamalardan aşağıdır. ABŞ Müdafiə Nazirliyi daha əvvəl Konqresə İran müharibəsinin xərcinin on milyardlarla dollar səviyyəsində olduğunu bildirmişdi.

Müstəqil analitiklər hesab edirlər ki, real xərcə yalnız birbaşa hərbi əməliyyatlar deyil, hava hücumundan müdafiə sursatları, raketlər, texnika itkisi, regiondakı bazaların qorunması, müttəfiqlərə dəstək və enerji qiymətlərinin artması da daxil edilməlidir.

İranla müharibənin ABŞ büdcəsinə yükü Vaşinqtonda hərbi xərclər, dövlət borcu və Pentaqonun sursat ehtiyatları ilə bağlı müzakirələri daha da gücləndirib.