ABŞ-ın xəyalət bombardmançısı: B‑2 Spirit – FOTO

ABŞ-ın xəyalət bombardmançısı: B‑2 Spirit – FOTO

Sevinc Kərimova · Hərbi ·

ABŞ-a məxsus B‑2 Spirit strateji bombardman təyyarələri Yaxın Şərqdəki artan gərginlik fonunda yenidən aktiv hərbi əməliyyatlara cəlb olunub.

Redaksiya xəbər verir ki, “uçan qanad” formasında dizayn edilən və “görünməzlik” texnologiyası ilə radarlar üçün görünməz olan bu təyyarələr, 2025-ci ilin iyunun 22-də İranın Fordo, Natanzİsfahan şəhərlərində yerləşən yeraltı nüvə obyektlərinə qarşı hava hücumunda iştirak edib. ABŞ Müdafiə Nazirliyi bu əməliyyatı “Midnight Hammer” (Gecə çəkici) kod adı ilə həyata keçirib. Əməliyyat zamanı yerin 60 metr dərinliyinə nüfuz edə bilən bunker-deşici bombalardan istifadə olunub.

1989-cu ildə ilk sınaq uçuşunu həyata keçirən B‑2 Spirit, 1993-cü ildən etibarən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Cəmi 21 ədəd istehsal olunan bu təyyarələrin hər birinin ümumi proqram dəyəri təqribən 2.1 milyard ABŞ dollarıdır ki, bu da onu dünyanın ən bahalı hərbi aviasiya platformasına çevirir. Uçuş məlumatları belədir:

  • Daxili yanacaqla (hava doldurmadan): ~11.000 kilometr (təxminən 6.800 mil). Bu məsafə ilə ABŞ-dan Avropaya və ya Asiyaya birbaşa uçuş edə bilər.
  • Havada yanacaq doldurulsa: 120.000 kilometrə qədər praktik limitsiz məsafə (teorik olaraq). Bu, Yer üzünü təxminən 3 dəfə fırlanmaq qədər məsafədir.
  • Ən uzun missiyalar 40–44 saat fasiləsiz uçuş olub.

B‑2 Spirit 16 ədəd nüvə başlığı və 13.600 kiloqrama qədər müxtəlif növ silah-sursat daşıya bilir. Ən dağıdıcı silahlarından biri olan MOP (Massive Ordnance Penetrator) bombası möhkəmləndirilmiş obyektləri yerin altından məhv etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər onu strateji hücumlar üçün ideal vasitəyə çevirir.

B‑2 Spirit ilk dəfə 1999-cu ildə Kosovo müharibəsində real döyüş şəraitində istifadə olunub. Sonrakı illərdə Əfqanıstan (2001), İraq (2003, 2007), Liviya (2011), Yəmən (2024) və son olaraq İran (2025) əməliyyatlarında iştirak edib.

Hazırda B‑2 Spirit təyyarələri ABŞ-ın strateji bazaları olan QuamDieqo Qarsyia adalarında yerləşdirilib. Bu yerləşdirmə, yalnız hərbi üstünlük deyil, həm də geosiyasi və diplomatik mesaj daşıyır. ABŞ-ın bu "görünməz çəkici" həm çəkindirici güc, həm də beynəlxalq siyasətdə təsir vasitəsi kimi ön plana çıxır.

B‑2 Spirit XXI əsrin ən dəqiq, səssiz və ölümcül hava hücum vasitələrindən biridir. Onun görünməzliyi və dəqiqliyi ABŞ-a istənilən nöqtədə strateji üstünlük qazandırır.

Sevinc Kərimova