ABŞ Maliyyə Nazirliyinin Rusiya nefti və neft məhsulları ilə müəyyən əməliyyatlara icazə verən müvəqqəti lisenziyasının qüvvədə olma müddəti başa çatıb.
Redaksiya məlumat verir ki, lisenziya Bakı vaxtı ilə saat 08:01-də qüvvədən düşüb və Vaşinqton onu uzatmayıb.
Sənəd müəyyən hallarda Rusiya mənşəli neft və neft məhsulları ilə əməliyyatların davam etdirilməsinə imkan verirdi. Lisenziyanın müddətinin bitməsi enerji bazarlarında və beynəlxalq maliyyə sektorunda yeni məhdudiyyət risklərini artırır.
Ekspertlər hesab edirlər ki, qərar Rusiya enerji ixracına qarşı sanksiya təzyiqinin gücləndirilməsi strategiyasının bir hissəsi ola bilər. Bu addım xüsusilə üçüncü ölkələr, tanker daşımaları və enerji ödəniş mexanizmlərinə təsir göstərə bilər.
