ABŞ Maliyyə Nazirliyi ölkənin milli borcunun ilk dəfə 38 trilyon dollar həddini aşdığını açıqlayıb. Bu, ABŞ tarixində qeydə alınan ən yüksək göstəricidir və ölkə vətəndaşlarının hər birinin 100 min ABŞ dollarından çox borcu olduğunun göstəricisidir.
Redaksiya xəbər verir ki, son illərdə federal xərclərin artması, faiz dərəcələrinin yüksəlməsi və borcun xidmətinə çəkilən vəsaitin rekord həddə çatması bu artımın əsas səbəbləri kimi göstərilir. Ekspertlər xəbərdarlıq edirlər ki, borcun bu səviyyəyə çatması ABŞ iqtisadiyyatı üçün uzunmüddətli sabitlik riskləri yaradır.
İqtisadçılar Konqres və Ağ Evin təcili şəkildə büdcə xərclərini yenidən nəzərdən keçirməli olduğunu bildirirlər. Qeyd olunur ki, borcun 2020-ci illə müqayisədə 40 faiz artması ABŞ-ın maliyyə siyasətində davamlı islahatların vacibliyini bir daha ortaya qoyur.
