ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına başladığını açıqlayıb. Bu əməliyyatlar regionda dəniz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və beynəlxalq sularda sərbəst hərəkət hüququnu qorumağa yönəlib.
Redaksiya xəbər verir ki, İslam İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri (İİKK HDQ) buna cavab olaraq 58 saylı bəyanat yayıb. Bəyanatda İİKK HDQ-nin Hörmüz boğazının effektiv idarə edilməsinə tam və güclü şəkildə nəzarət etdiyi vurğulanır.
İİKK HDQ bildirib ki, boğazdan keçid yalnız qeyri-hərbi gəmilərə xüsusi qaydalar çərçivəsində icazə verilir. Amerika gəmilərinin boğazdan keçməsi barədə yayılan xəbərlər təkzib olunub və hərbi gəmilərin keçmək cəhdlərinə qəti və sərt cavab veriləcəyi bəyan edilib.
