ABŞ ən güclü nüvə bombasını təqdim etdi: B61-13

ABŞ ən güclü nüvə bombasını təqdim etdi: B61-13

Sevinc Kərimova · Hərbi ·

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), ölkənin indiyədək istehsal etdiyi ən güclü nüvə silahı olan B61-13 adlı bombanı ictimaiyyətə təqdim edib. Yeni silahın gücü 360 kiloton təşkil edir – bu, Hirosimanı məhv edən atom bombasından 24 dəfə daha güclüdür.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, B61-13 əsasən yeraltı sığınacaqları və yüksək möhkəmlikli strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Pentaqonun açıqlamasına görə, bu bombanın hazırlanması ənənəvi raket sistemlərinin nüfuz edə bilmədiyi dərin və qorunan obyektlərə qarşı effektivlik yaratmaq məqsədi daşıyır.

Silahın daşıma platformaları və idarəetmə sistemləri barədə ətraflı məlumat verilməsə də, ekspertlər onun müasir qırıcı və strateji bombardmançı təyyarələrlə istifadə üçün optimallaşdırıldığını bildirirlər.

B61 seriyası ABŞ-ın uzun illərdir istinad etdiyi taktiki nüvə arsenalının əsasını təşkil edir. Yeni B61-13 modeli isə bu seriyanın ən müasir və dağıdıcı versiyası kimi təqdim olunur.

Hazırda silahın tam sınaq və yerləşdirmə prosesi davam edir. Mütəxəssislər bu bombanı geosiyasi balans baxımından diqqətlə izlənməli silah kimi qiymətləndirirlər. ABŞ tərəfindən belə bir addımın, Çin və Rusiya ilə artan hərbi rəqabətin bir nəticəsi olaraq atıldığı ehtimal olunur.

Sevinc Kərimova