ABŞ Dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək

ABŞ Dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək

Sevinc Kərimova · Siyasət ·

ABŞ Dövlət katibi Marko Rubio, 14–16 may tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək NATO-nun Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində rəsmi səfər edəcək.

Redaksiya xarici mətbuatlara istinadən xəbər verir ki, Rubio-nun səfəri zamanı NATO-nun regional təhlükəsizlik məsələləri, Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki gərginlik və ittifaq daxilindəki strateji koordinasiya müzakirə olunacaq mövzulardan olacaq.

Qeyd edək ki, bu, Marko Rubio-nun Dövlət katibi vəzifəsində Türkiyəyə ilk rəsmi səfəri olacaq.

Sevinc Kərimova