ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbində törədilən silahlı hücumla bağlı yeni detallar üzə çıxıb. Hadisə nəticəsində iki uşaq həyatını itirib, ən azı 17 nəfər isə yaralanıb.
Redaksiya xəbər verir ki, New York Post qəzetinin məlumatına görə, cinayətkar 20 yaşlı trans qadın Robin Uestman olub. Onun doğumda adı Robert Uestman kimi qeydiyyata alınıb.
FBI rəsmisi Kaş Patel açıqlamasında cinayətkarın şəxsiyyətinin müəyyənləşdirildiyini təsdiqləyib. İddialara görə, onun internetdə paylaşdığı görüntülərdə istifadə etdiyi silah daraqlarının üzərində “Donald Trampa ölüm” və “uşaqlar üçün” ifadələri yazılıb.
Qəzet yazır ki, şübhəlinin gündəliklərində həm ingilis, həm də rus dillərində qeydlər aparıldığı aşkarlanıb. Məlumata görə, həmin qeydlərdə kirill əlifbasından istifadə olunub.
Hadisə ABŞ-da silah zorakılığı və məktəb təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kənan Cəlilov
