ABŞ-a məxsus B-52 bombardman təyyarələrinin uçuşuna Venesueladan cavab gəldi

ABŞ-a məxsus B-52 bombardman təyyarələrinin uçuşuna Venesueladan cavab gəldi

Sevinc Kərimova · Hərbi ·

ABŞ Hərbi Hava Qüvvələrinin iki ədəd B-52 bombardman təyyarəsi Venesuela sahilləri üzərində uçuş həyata keçirib. Hadisə Karib dənizi regionunda gərginliyi artırıb və beynəlxalq reaksiyalara səbəb olub.

Redaksiya xəbər verir ki, bombardman təyyarələrinin uçuşundan dərhal sonra Venesuela Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb. Rəsmi Karakas bu addımı hava məkanının qorunması üçün atılmış müdafiə tədbiri adlandırıb.

Mənbələrə görə, ABŞ təyyarələrinin uçuşu regionda artan hərbi fəallığın bir hissəsi kimi qiymətləndirilir. Venesuela isə ABŞ-ın bu davranışını təxribat kimi dəyərləndirib və hava sərhədlərinin pozulmasına qarşı cavab veriləcəyini bəyan edib.