"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir

"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir

Aytac Dəniz · İqtisadiyyat ·

"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) bu ilin I yarısını 460 min manat zərərlə başa vurub. Halbuki, ZTP ötən ilin eyni dövründən 156 min manat mənfəətlə çıxmışdı.

Bu il iyulun 1-nə ZTP-nin aktivləri 18,793 milyon manat olub ki, bu da illik müqayisədə 12 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,45 % azalaraq 15,841 milyon manata, balans kapitalı isə 23,4 % azalaraq 2,952 milyon manata düşüb.

ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur. (Report)