Zelenski: Rusiya 10 saat ərzində 400 PUA ilə hücum etdi

Zelenski: Rusiya 10 saat ərzində 400 PUA ilə hücum etdi

Sevinc Kərimova · Hərbi ·

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı son hava hücumunun miqyası barədə açıqlama verib.

Redaksiya xəbər verir ki, Zelenski Rusiyanın ötən gecə Ukraynaya qarşı təxminən 10 saat davam edən genişmiqyaslı hücum həyata keçirdiyini bildirib. Hücum zamanı ballistik raketlər də daxil olmaqla 18 raket və 400-ə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə olunub.

Ukrayna lideri bunu Rusiyanın terroru açıq şəkildə artırması kimi dəyərləndirib və Qərb dövlətlərini sanksiyaları daha sürətlə tətbiq etməyə çağırıb. “Rusiya üzərində təzyiqlər elə güclü olmalıdır ki, terror aktlarının nəticələrini hiss etsinlər,” – deyə Zelenski vurğulayıb.

Sevinc Kərimova