Zelenski Putinin real görüşlərə hazır olduğunu bildirib

Zelenski Putinin real görüşlərə hazır olduğunu bildirib

Nizami Salmanov · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin artıq real görüşlərə hazır olduğunu bildirib.

Redaksiya məlumat verir ki, Zelenskinin sözlərinə görə, Kiyev uzun müddətdir belə görüşlərə hazırdır və indi əsas məsələ uyğun formatın tapılmasıdır.

Ukrayna lideri qeyd edib ki, Putin nəhayət real danışıqlara hazır olduğunu özü deyir.

Zelenski bildirib ki, Kiyev Moskvanı bu istiqamətdə “bir qədər sövq edib”.

Onun sözlərinə görə, əsas məqsəd müharibəni bitirmək və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları əldə etməkdir.