Ukrayna prezidenti Volodimir Zelenski sərt açıqlamalarla gündəmə gəlib. O bildirib ki, əgər Rusiya Kiyevi qaranlığa qərq etməklə hədələyirsə, onda Moskva da eyni aqibətə hazır olmalıdır.
Redaksiya xəbər verir ki, Zelenski Macarıstanın Ukrayna ərazilərini pilotsuz uçuş aparatları ilə izləməsini “çox təhlükəli addım” adlandırıb və bunun ilk növbədə Macarıstanın özünə zərər verəcəyini vurğulayıb. Prezident əlavə edib ki, İsrail istehsalı “Patriot” sistemi artıq bir aydır Ukraynada fəaliyyət göstərir və yaxın vaxtlarda iki əlavə kompleksin gətiriləcəyi gözlənilir.
Zelenski çıxışında həmçinin ABŞ-ın hazırkı prezidenti Donald Trampa 90 milyard dollar dəyərində silah siyahısının təqdim edildiyini, lakin bununla yanaşı ayrıca müqavilələrə də açıq olduqlarını bildirib. Onun sözlərinə görə, bu çərçivədə “Tomahawk” raketləri də müzakirə mövzularından biridir.
