Zelenski Moskva paradı ilə bağlı xəbərdarlıq edib

Zelenski Moskva paradı ilə bağlı xəbərdarlıq edib

Nizami Salmanov · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən mayın 9-da Moskvada keçiriləcək Qələbə paradı ilə bağlı açıqlama verib. O bildirib ki, Ukrayna dronları nəzəri olaraq bu paradın keçirildiyi əraziyə qədər çata bilər.

Redaksiya UNN və Reuters-ə istinadla xəbər verir ki, Zelenski çıxışında Rusiyanın bu il paradda hərbi texnika nümayiş etdirməyəcəyini deyib. Onun sözlərinə görə, bu, uzun illərdən sonra ilk belə hal olacaq və Moskvanın əvvəlki qədər güclü olmadığını göstərir.

Zelenski qeyd edib ki, Rusiya mayın 9-da parad elan etsə də, tədbirdə tanklar və digər ağır hərbi texnikalar yer almayacaq. Ukrayna lideri bunu Kremlin hərbi imkanlarının zəifləməsi və təhlükəsizlik risklərinin artması ilə əlaqələndirib.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl Moskvadakı paradın “mövcud əməliyyat vəziyyəti” səbəbindən hərbi texnikasız keçiriləcəyini açıqlamışdı. Paradda əsasən hərbi qulluqçuların iştirakı və aviasiya keçidinin nəzərdə tutulduğu bildirilir.