Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Rusiya ilə Azərbaycan arasında mövcud fikir ayrılıqlarını şərh edib. O bildirib ki, münasibətlərin normallaşdırılması zəruridir, lakin Moskva bu əməkdaşlığın dərinliyi barədə özünü aldatmamalıdır.
Redaksiya Lenta.ru-ya istinadla xəbər verir ki, Zatulin Azərbaycanı Qarabağı geri almaqda və 2023-cü ildə sülh sazişindən imtina etməkdə ittiham edib. O, Bakının həmin vaxt Ermənistanda (guya) "zəif hökumətdən" istifadə edərək planlarını Türkiyənin dəstəyi ilə həyata keçirdiyini qeyd edib. Deputat əlavə edib ki, Azərbaycan məqsədlərinə çatdıqdan sonra Moskva ilə koordinasiyaya ehtiyac duymayıb.
Zatulin daha sonra bildirib ki, Ermənistan üzərinə təzyiqlər, Zəngəzur dəhlizinin inşası, eləcə də amerikalıların və israillilərin regiona cəlb olunması Rusiya maraqlarına uyğun deyil. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında strateji ittifaq təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də “Böyük Turan” layihəsinin davamı olaraq Rusiyanda türklərin yaşadığı bölgələrinə qədər nüfuz etmə cəhdidir.
Deputatın fikrincə, Bakı eyni zamanda Vaşinqton və Tel-Əvivlə münasibətləri gücləndirir və bu, həm Tehrana, həm də Moskvaya qarşı yönəlmiş addım hesab oluna bilər. Zatulin əlavə edib ki, Azərbaycan İranı sabitləşdirmək əvəzinə onu sarsıtmaq üçün müxtəlif planlarda iştirak etməyə hazır görünür və Prezident İlham Əliyev də bu niyyətini gizlətmir.
Şərh: Zatulin hər halda dövrün dəyişdiyini və dünyanın Rusiyadan ibarət olmadığını, lakin Rusiyanın türklərdən ibarət olduğunu artıq dərk etməyə başlayıb, lakin hələ də sinifdə qalıb.
