Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır - VİDEO

Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır - VİDEO

Aytac Dəniz · Cəmiyyət ·

Son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqəli yol-nəqliyyat hadisələrinin təkrarlanması bu məsələyə daha ciddi yanaşmağı zəruri edir.

Növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb. Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.

Baş verənlər bir daha göstərir ki, yuxululuq sadəcə sürücünün özünü narahat edən hal deyil, yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.

Eyni xarakterli hadisələrin təkrarlanmaması üçün sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırırıq.