Yunanıstan baş naziri Miçotakis Türkiyəyə xəbərdarlıq etdi

Yunanıstan baş naziri Miçotakis Türkiyəyə xəbərdarlıq etdi

Sevinc Kərimova · Siyasət ·

Almaniyanın Yunanıstana “Eurofighter” qırıcılarının satışına razılıq verməsindən sonra Yunanıstanın baş naziri Kiriakos Miçotakis Ankaraya qarşı sərt açıqlama ilə çıxış edib.

Redaksiya xəbər verir ki, Miçotakis Türkiyənin Egey dənizində Yunanıstanın suverenliyini şübhə altına almağa davam etməsi halında, ölkənin Avropa Ortaq Müdafiə Fondu proqramına daxil olmasının qarşısını alacaqlarını bildirib.

“Əgər Türkiyə Yunanıstanı təhdid etməyə davam edərsə və Egey dənizindəki haqlarımızı sorğulamağa cəhd göstərərsə, Avropa İttifaqının müdafiə təşəbbüslərinə daxil olmalarını əngəlləyəcəyik,” – deyə Miçotakis vurğulayıb.

Bu bəyanat regionda müdafiə gərginliyinin artdığı bir dövrdə verilib və Avropa ilə Türkiyə arasında müdafiə sahəsində yeni mübahisələrin yaranacağı ehtimalını artırır.

Sevinc Kərimova