Yunan mətbuatı: “Şərqi Aralıq dənizində müharibə”

Yunan mətbuatı: “Şərqi Aralıq dənizində müharibə”

Sevinc Kərimova · Hərbi ·

Yunanıstan mərkəzli “Pentapostagma” nəşri bölgədəki gərginliklə bağlı diqqətçəkən xəbər yayımlayıb.

Redaksiya xəbər verir ki, nəşr Yunanıstan, İsrail, Kipr və Türkiyə arasında Şərqi Aralıq dənizində hərbi qarşıdurma ehtimalının getdikcə artdığını yazıb. Məqalədə qeyd olunur ki, enerji və strateji maraqlar uğrunda yaşanan rəqabət regional stabilliyi təhlükə altına alır.

“Pentapostagma”ya görə, son illərdə tərəflərin hərbi təlimlərinin intensivləşməsi və bəyanatların sərtləşməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Gərginliyin artması fonunda diplomatik səylərin də zəiflədiyi vurğulanıb.

Sevinc Kərimova