Yeni Zelandiya və Avstraliya liderlərindən Netanyahuya sərt tənqid

Yeni Zelandiya və Avstraliya liderlərindən Netanyahuya sərt tənqid

Sevinc Kərimova · Siyasət ·

Yeni Zelandiya və Avstraliya baş nazirləri, Qəzzada davam edən hücumlar və humanitar böhran səbəbilə İsrail baş naziri Benyamin Netanyahuya kəskin etirazlarını bildiriblər. Hər iki lider, bölgədəki aclıq və mülki itkiləri “qəbuledilməz” adlandırıb.

Redaksiya xəbər verir ki, Yeni Zelandiya baş naziri Kristofer Laksan, Netanyahunun beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurduğunu və bunun Qəzzadakı böhranı dərinləşdirdiyini bildirib. “Netanyahu çox irəli gedib. Məncə, o, ağlını itirib” deyə Laksan vurğulayıb. O, İsrailin humanitar yardım çağırışlarını da rədd etdiyini xatırladıb.

Avstraliya baş naziri Antoni Albanes isə ABC News-a açıqlamasında Qəzzada baş verənləri “insanlığa təhqir” kimi dəyərləndirib. O, İsrailin mart ayında humanitar yardımları məhdudlaşdırmasının faciəvi nəticələr doğurduğunu qeyd edərək, “Qida və suya çatmağa çalışan insanların öldürüldüyünü görürük. 2025-ci ildə bu, əsla qəbuledilməzdir” deyib. Albanes, Netanyahunun Qəzzadakı vəziyyəti inkar etdiyini bildirərək, sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstini tanıyacaqlarını açıqlayıb.

Sevinc Kərimova