Yeni direktor müavini təyin olunub

Yeni direktor müavini təyin olunub

Aytac Dəniz · Səhiyyə ·

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı həyata keçirilib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Orxan Əyyub oğlu Əsədzadə xəstəxananın direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

Orxan Əsədzadə bu təyinata qədər Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni vəzifəsində o, xəstəxananın inzibati idarəetmə istiqamətinə rəhbərlik edəcək.

Yeni direktor müavini təyin olunub - Şəkil 1